Səhiyyə Nazirliyi tibb işçilərini könüllü əməkdaşlığa dəvət edir
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi tibb işçilərini könüllü əməkdaşlığa dəvət edir

Səhiyyə Nazirliyi 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq tibb işçiləri cəlb olunacaq. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.

Ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində ölkəmizdə olacaqlar.

Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərin ali tibbi təhsil (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), 25 - 45 yaş arası və xarici dilləri bilən şəxslərə üstünlük verilir.

Maraqlananlar tərcümeyi-hallarını [email protected] elektron poçtuna 31.10.2014-cü il tarixinədək göndərməsi xahiş olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm