Qadınlara qarşı soyğunçuluq edən tutuldu
Bizi izləyin

Qırmızı.az

Qadınlara qarşı soyğunçuluq edən tutuldu

Bakıda qadınları soyan şəxs yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Bakı Şəhər BPİ və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Cunayev tutulub.

Məlum olub ki, o, sentyabrın 22-də S.S.Axundov küçəsində Nərmin Məlikməmmədovanı itələyib yıxaraq qulağından bir cüt sırğasını, 2 ədəd mobil telefonunu, əl çantasından 15 manat pul və bankomat kartını götürüb.

Bundan başqa o, sentyabrın 29-da 7-ci mikrorayonda Mirvari Hüseynovanı da yerə yıxaraq əli ilə üzündən vurub, ondan qızıl və qiymətli əşyalarını, o cümlədən, 1 cüt qızıl sırğalarını və mobil telefonunu götürərək qaçıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm