• USD 1,7008 0,00% EUR 2,0160 -0,67%
    • GBP 2,2933 -0,43% RUB 0,0296 +0,34%

Bayram günləri yağış yağacaq

Bayram günləri yağış yağacaq

Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.


Məlumata görə, oktyabrın 4-dən 7-nə kimi Azərbaycan ərazisində əsasən buludlu hava şəraitinin və yağmurlu olacağı proqnozlaşdırılır.


Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.


Sabah Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 17-22 dərəcə isti olacaq.


Azərbaycanın bəzi bölgələrində oktyabrın 4-də yağış yağacaq, əsasən Lənkəran-Astara zonasında intensivləşəcək. Qərb küləyi əsəcək.


Aran rayonlarında oktyabrın 4-də havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə
1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>