• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda avtomobildən oğurluq nömrə nişanları və silah-sursat tapıldı (FOTO)

Bakıda avtomobildən oğurluq nömrə nişanları və silah-sursat tapıldı (FOTO)

Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları növbəti uğurlu əməliyyat axtarış tədbiri həyata keçirib.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, polis əməkdaşları Bakı şəhər sakinləri, 31 yaşlı Aydın Balayevi və 28 yaşlı Tamerlan Əlizadəni şübhəli şəxs qismində saxlayıblar.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Aydın Balayevin idarə etdiyi “Hyunday” markalı avtomobilin dövlət nömrə nişanları oğurluqdur. Saxlanılan şəxs bildirib ki, avtomobili bir müddət əvvəl kirayəyə götürüb. Dövlət nömrə nişanlarını isə Yasamal rayonu ərazisində başqa bir avtomobildən oğurlayaraq idarə etdiyi maşına bağlayıb.

Əməliyyatçılar avtomobilə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd elektroşok aparatı, 1 ədəd durbin, 1 ədəd dəmir dəyənək, 1 ədəd bıçaq, gözyaşardıcı qaz, idman papaqları və digər əşyalar aşkarlayaraq maddi sübut kimi götürüblər. Həmçinin saxlanılan şəxslərin üstündən müxtəlif çəkilərdə narkotik maddə olan heroin də tapılıb.

İstintaq araşdırmaları zamanı saxlanılan şəxslər bildiriblər ki, avtomobildə gəzdirdikləri əşyaları bir müddət əvvəl əldə ediblər. Polis əməkdaşları isə ehtimal edir ki, saxlanılan şəxslər qanunsuz əldə edib saxladıqları əşyalarla cinayət əməlləri törədiblər. Odur ki, gördüyünüz bu şəxsləri tanıyanlardan və ya onların cinayət əməllərindən zərər çəkən şəxslərdən Xətai rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR