Xarici qonaqlarla bölgə ziyalılarının videokonfransı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Xarici qonaqlarla bölgə ziyalılarının videokonfransı keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Bilik Fondunun birgə təşkilatçılığı ilə videokonfrans keçiriləcək. Fondun İnformasiya Təminatı sektorundan Publika.az-a verilən məlumata görə, videokonfransda IV Bakı Beynəlxalq Humanitar Forumuna xarici ölkələrdən qatılan tanınmış alimlər, siyasi xadimlər, Azərbaycanın 13 bölgəsindən olan ziyalılar iştirak edəcəklər.

Dünyanın nüfuzlu elm və siyasi xadimləri ilə Şamaxı, Bərdə, Şirvan, Sumqayıt, Masallı, Gəncə, Şəki, Quba, Ağcabədi, Mingəçevir, Sabirabad, Göyçay, Lənkəranda olan ziyalılar və ictimai fəallar onlayn formada fikir mübadiləsi aparacaqlar.

Xarici qonaqlar yerlərdəki ziyalılarla IV Bakı Beynəlxalq Humanitar Forumuna dair təəssüratlarını bölüşəcəklər, onların suallarını cavablandıracaqlar.

Videokonfransın təşkilində əsas məqsəd bölgə əhalisinin ictimai proseslərdə aktivliyini artırmaq, yerli ziyalıların tanınmış xarici alimlərlə ünsiyyətini yaratmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm