Qırmızı.az
Cəmil Həsənli və qızı ifadə verib
Milli Şuranın sədri Cəmil Həsənli və qızı Günel Həsənli törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı istintaqa çağırılıb.
C. Həsənlinin köməkçisi Oqtay Güləliyevin Publika.az-a verdiyi məlumata görə, bu gün hər iki şəxs müstəntiqin yanına çağırılıb: “Müstəntiqə yol qəzası ilə bağlı ifadə veriblər. Bir qədər əvvəl onlar ifadə verib qurtarıblar”.
O. Güləliyev bildirib ki, C. Həsənlinin avtomobillə vurduğu adam
ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Qeyd edək ki, Günel Həsənli sentyabrın
19-da yol qəzası törədib. Həmin
gün günorta vaxtı Günel Həsənli Yasamal rayonu ərazisində KİA
markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub.
O, vurduğu qadını xəstəxanaya aparıb. Günel Həsənli qadının yerə
yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi
müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan
Zahidov Publika.az-a bildirib ki,
hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı
maşınla vurub. Onun sözlərinə görə, bu qəza hüquq- mühafizə
orqanlarından sürücü və piyada tərəfindən gizlədilib.
“Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan
danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə
gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86
yaşlı Ədilə Səlimova və qəza törədən sürücü – hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar
bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan
danışıblar” - deyə Ehsan Zahidov bildirib.
Hazırda istintaq aparılır.
Asif
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ