Müseyib Əliyev: “İnsanın həyatdakı ən böyük qazancı əldə etdiyi uğurları qoruyub saxlaya bilməsidir”
Bizi izləyin

Qırmızı.az

Müseyib Əliyev: “İnsanın həyatdakı ən böyük qazancı əldə etdiyi uğurları qoruyub saxlaya bilməsidir”

Publika.az bu il 10 yaşını qeyd edən “AtaSığorta” ASC İdarə Heyətinin sədri – Müseyib Əliyevdən müsahibə alıb.

Müseyib müəllim, sizcə, insanın həyatdakı ən böyük qazancı nədir?

Bu sual üzərində dayanmaq və konkret mövqe seçmək çox çətindir: ailə, karyera, uşaqlar, yaradıcılıq və s. Amma mənim fikrimcə, insanın həyatdakı ən böyük qazancı bütün bunları və əldə etdiyi uğurları qoruyub saxlaya bilməsidir. Ancaq bundan sonra cəsarətlə o insanın həyatının ən qiymətli qazancına sahib olduğunu demək olar.

Maraqlı yanaşmadır, bəs buna necə nail olmaq olar?

Fikrimcə, öz işini bilən və məsuliyyətini dərk edən insanlar buna müəyyən mənada daha tez nail ola bilirlər. Bəzən öz işinin peşəkarı olmaq bəs etmir, insanın öz işini sevməsi və cəmiyyətə, başqalarının həyatına necə təsir etdiyini dərk etməsi də çox vacibdir.

“AtaSığorta”nın 10 illiyinə həsr olunmuş reklam kampaniyasında peşəkarlardan istifadə etməsi də bununla əlaqədardır?

Elədir. Bir sığorta şirkəti olaraq inanırıq ki, bizim bütün fəaliyyətimiz ümumi və əsas bir məqsədə cəmiyyətin rifahınin yüksəlməsinə – istiqamətlənməlidir. Hər bir insan tərəfindən ayrılıqda yaradılmış dəyər cəmiyyətin ümumilikdə yaratdığı dəyərlər toplusuna əlavə olunur. Beləliklə, nə qədər çox insan öz işində peşəkardırsa, nəticə etibarilə cəmiyyətin qazandığı dəyərlər toplusu da bir o qədər geniş olur.

Buna görə də, 10 illik fəaliyyətimizə həsr olunmuş reklam kampaniyasının əsas mesajının seçilməsi üçün apardığımız uzunmüddətli daxili müzakirələrin sonunda qərara gəldik ki, şirkət olaraq mesajımızı bizim kimi düşünən insanlara çatdırmağın ən yaxşı yolu elə həmin insanlardan keçir. Belə insanları tapmaq isə heç də çətin olmadı. Çünki əslində, belə insanlar düşündüyümüzdən dəfələrlə çoxdur.

Deyəsən, təbiətən nikbin insansınız...

(Gülür) Əlbəttə, sizə bu düşüncələrimin qəribə gəlməsini çox gözəl anlayıram. Amma bir şeyi də deyim ki, bu nikbinlik sözügedən reklam kampaniyasının gedişatı boyunca daha da gücləndi və möhkəmləndi. Çünki bir daha əmin olduq ki, biz bu fikirlərimizdə tək deyilik və ətrafda bizim kimi düşünən minlərlə insanlar var. Hər bir yerdə bizimlə eyni cür düşünən insanları görürük və onların dəstəyini hiss edirik. O insanlar ki, cəmiyyətə necə fayda verdiklərinin fərqindədirlər, öz işlərinin ustasıdırlar. Təsəvvür edin ki, cəmiyyətimizdə öz işini, sənətini sevən, ürəkdən bağlanan nə qədər insanlar var.

Bəs bu, “AtaSığorta” ASC-nin gələcək fəaliyyətinə necə təsir göstərəcək?

Gələcəkdən yox, daha çox indidən danışmaq və məhz bugün nələr etdiyimizə baxmağın tərəfdarıyam. Biz hamımız, cəmiyyət olaraq bu gün sabahımız üçün birlikdə çalışmalıyıq. Cəmiyyət qarşısında duran vəzifələri və məsuliyyəti sözün əsl mənasında dərk edən bir şirkətin rəhbəri olaraq isə deyə bilərəm ki, “AtaSığorta” bu missiyanı zamanla daha dərindən dərk etdikcə, fəaliyyətini də daha çox bu istiqamətə yönəldəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm