Qırmızı.az
Nobel Mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində olub
Oktyabr ayının 3-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb.
Ali məktəbdən Publka.az-a verilən məlumata görə, tədbiri açan rektor Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirib, məşhur alim, 2002-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olmuş isveçrəli professor K.Vütrixin Bakı Ali Neft Məktəbinə təşrif buyurmasından kollektivin şərəf hissi keçirdiyini bildirib. Rektor professor K.Vütrixin həyat yolu və elmi fəaliyyəti haqqında tələbələri məlumatlandırıb, qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında danışıb.
Professor K.Vütrix Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrinin sırasında layiqli yer tutduğunu vurğulayıb, Azərbaycanda və ölkənin müasir tipli ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində (İsveçrə) və Skripps adına Kaliforniya Elmi Tədqiqat İnstitutunda (ABŞ) çalışdığını bildirib, tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika, elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatlar haqqında məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ