Əcnəbi professorlar Bakı Slavyan Universitetində dərs keçdilər
Bizi izləyin

Qırmızı.az

Əcnəbi professorlar Bakı Slavyan Universitetində dərs keçdilər

Bu gün Bakı Slavyan Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları tələbə və müəllimlər üçün seminar keçib, ustad dərsləri və dəyirmi masalarda iştirak ediblər.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Yaponiyanın Osaka Universitetinin dosenti Takayuki Yokotamurakami “Qərb və Şərq dastanlarının müqayisəsi” mövzusunda bütün iştirakçıların böyük marağına səbəb olub. O, öz çıxışında Qərb və Şərq dastanlarının fərqli və oxşar cəhətlərindən danışaraq qeyd edib ki, Yaponiya və Azərbaycan dastanlarında da xeyli ümumi məqamlar mövcuddur.

Rusiya Federasiyasının A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru, v.i.e. pedaqoji elmlər doktoru, dos. Marqarita Nikolayevna Rusetskaya xarici ölkələrdə, o cümlədən rus dilinin öyrədilməsi və işlənmə sferasının genişləndirilməsi perspektivləri və bununla bağlı açılan yeni imkanlar haqqında iştirakçılara geniş məlumat verib.

Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Aleksandr Gennadiyeviç Nesterovun BSU-nun nəzdindəki “Moskva auditoriyası”nda tələbə və müəllim heyəti ilə görüşü baş tutdu.

Tacikistan Respublikasının sabiq xarici işlər naziri cənab Xanroxon Zarifi keçirdiyi ustad dərsində Tacikistanın dünya siyasi xəritəsində tutduğu mövqedən söhbət açdı. Moskva Dövlət Linqvistik Universiteti ədəbiyyat kafedrasının müdiri, prof. Aleksandr Petroviç Bondarev filologiya fakültəsi tələbələri, müəllim və magistrantlar üçün “Konflikt bədii əsərdə süjetyaratma reallığı kimi” mövzusunda ustad dərsi apardı.

BSU-nun rektoru Asif Hacıyev Forumun iştirakçısı olan İsrailin Hayfa Universitetinin rektoru prof. David Faracini qəbul edib. Səmimi keçən görüşdə universitetlərarası dialoq və əməkdaşlıq planları müzakirə olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm