Azərbaycanla Birləşmiş Krallıq arasında hərbi saziş imzalanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla Birləşmiş Krallıq arasında hərbi saziş imzalanıb

Oktyabrın 3-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında Qərargah danışıqları keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektiviəri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Danışıqların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında 2015/16-cı maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Birləşmiş Krallıq tərəfdən isə Müdafıə Nazirliyinin NATO və Geniş Avropa İdarəsinin İkitərəfli Əlaqələr Qrupunun rəhbəri xanım Debbi Brazers imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm