Bakıda kirayənişin otaq yoldaşını bıçaqlayıb
Bizi izləyin

Qırmızı.az

Bakıda kirayənişin otaq yoldaşını bıçaqlayıb

Bakıda kirayənişin kişi otaq yoldaşını bıçaqlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 4-də Bakının Xətai rayonunda bıçaq xəsarəti almış Rövşən Edilxanov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişlə birgə R.Bağırov küçəsindəki mənzildə kirayədə yaşayan Rəşad Novruzov Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, R.Novruzov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm