“Fransız” ləqəbli oğru Rövşən Lənkaranskinin klanına dönük çıxdı
Bizi izləyin

Qırmızı.az

“Fransız” ləqəbli oğru Rövşən Lənkaranskinin klanına dönük çıxdı

Dünən Rusiyanın Xakasiya vilayətindəki həbsxanadan Maksim Fransuzov azad edilib. “Fransız” ləqəbli bu şəxs 24 yaşı olmasına rəğmən tanınmış qanuni oğrulardan sayılır. O, son 6 ili məhbəsdə keçirib və dünən azad olunan kimi paytaxt Moskvaya yola düşüb.

Qanuni oğru adı isə ona keçən ilin yayında verilib. “Fransız” mqeqrel qruplaşmasının liderləri Kardava qardaşlarının xeyir-duası ilə taclandırılıb.

Lakin söz-söhbət gəzir ki, sonradan həbsxana rəhbərliyinin təzyiqi ilə Maksim Fransuzov oğru adı və statusundan imtina edib. Bu hərəkəti hətta videolentə alınıb. Lakin indiki oğru qanunları ilə bu sübut sayılmır. Yəni buna görə oğru adından kimisə məhrum etmirlər. “Fransız” özü də deyib ki, videolent saxtadı.

Maraqlı burasıdır ki, “Fransız” ona oğru adı verən Kardava qardaşlarının yox, rəqib klanla görüşə gedərək tanınmış “vor zakon”lar “Piçuqa” və “Voskres”lə anlaşıb.

Məsələ ondadır ki, son zamanlar Kardava qardaşlarından çoxları üz döndərib. İndi qardaşları yalnız Merab Canqveladzenin Suxumi klanı və Rövşən Lənkaranski dəstəkləyir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm