Vüqar Bayramov: “Hər il 1.3 milyard metrik ton ərzaq məhsulları israf olunur”
Bizi izləyin

Qırmızı.az

Vüqar Bayramov: “Hər il 1.3 milyard metrik ton ərzaq məhsulları israf olunur”

Bu gün, dünyada yüz milyonlarla insan aclıq keçirir, aylarla ət və hətta ən adi qidaya həsrət qalıb. Dünyanın digər hissəsində isə gündə minlərlə ton ərzaq israf edilir.

Publika.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə Qurban bayramı ilə bağlı təbrikində yazıb.

“Əslində, mən də Allahin yaratdığı bütün canlıların və o cümlədən heyvanların hüquqlarının qorunmasının tərəfdarıyam. Amma Qurban Bayramının kütləvi və coşğu ilə qeyd olunmasının bu aspektdən qiymətləndirilməsini doğru saymıram. İslam istənilən canlıya qarşı ədalətsizliyi pisləyir. Bununla yanaşı, Müqəddəs Quran- Kerim Qurban Bayramı vasitəsi ilə nəinki İslam aləminə, bütövlükdə dünyaya qardaşlıq, barışıq, kasıb və kimsəsizlərə diqqət gətirib”.

Ekspert bildirib ki, BMT-nin ərzaq Proqramının məlumatına görə, hər il 1.3 milyard metrik ton ərzaq məhsulları israf olunur. Bu dünyada istehsal olunan ərzaq məhsullarının 1/3-i deməkdir:

“Yalnız Amerika Birləşmiş Ştatlarında hər il 161.6 milyard dollarlıq ərzaq məhsulları israf olunur, xarab olur. Bunların da böyük qismı məhz ət məhsullarıdır. Zəif inkişaf etmiş ölkələrdə isə hər gün 100 minlərlə insan, uşaq və yaşlılar qida çatışmamazlığından dünyasını dəyişirlər. Qurban Bayramı məhz qida əldə edə bilməyənləri yada salmaq, onlara dayaq durmaq və onlar ilə birlikdə olmaq üçündür. Gündəlik istehlak etdiyimiz ət məhsullarını Qurban bayramı günü kasıb, kimsəsizlər ilə bölüşməkdən ülvi heç nə ola bilməz. Hər bir müsəlmanın qəlbində əslində hər gün Qurban Bayramı yaşanmalı və hər gün ehtiyacı olanları anmalıdır. Yardıma ehtiyacı olanlar ilə hər zaman birlikdə olmaq diləyi ilə Qurban Bayramınız mubarək! Allah qurbanınızı və duallarınızı qəbul etsin!”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm