Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib
Bizi izləyin

Qırmızı.az

Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib

Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulub. Onlardan biri qadındır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Təhmasib Müseyibova məxsus “VAZ-21214” markalı avtomobili qaçırmış rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova tutulublar.

Ətraflarında aparılmış əməliyyat-istintaq tədbirləri ilə onların sentyabrın 23-də Renat Əlievə məxsus “VAZ-21011” avtomobili qaçırmaları, habelə ona məxsus dövlət qeydiyyat nişanlarını Abşeron rayonunun Saray qəsəbəsi ərazisində atmaları müəyyən edilib və həmin avtomobilin üzərində tranzit nömrələri aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm