Yanğınlar zamanı 31 nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Yanğınlar zamanı 31 nəfər ölüb

Bu ilin 6 ayı ərzində Azərbaycanda baş verən yanğın hadisələri zamanı 31 nəfər həlak olub, 60 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 11% az, xəsarət alanların sayı isə 16 nəfər və ya 36% çoxdur.

2014-cü ilin ilk yarımilliyi ərzində Azərbaycanda ümumən baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 4749 çıxış edilib. Onlardan 1084 çıxış çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 2624 çıxış açıq sahələrdə, 1 çıxış meşə və meşə talalarında, 184 çıxış nəqliyyat vasitələrindəki yanğınlara olub. Digər yanğınlar çıxışların sayı 856 təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövründə 3723 yanğın faktı qeydə alınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm