Həbsxanada qurban kəsildi - FOTO
Bizi izləyin

Qırmızı.az

Həbsxanada qurban kəsildi - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2, 6, və 17 saylı cəzaçəkmə müəssisələrində Qurban Bayramı münasibəti ilə bayram tədbirləri keçirilib.

Publika.az Pentensiar xidmətin saytına istinadən xəbər verir ki, tədbirlər çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, konsert proqramları və bayram süfrələri təşkil olunub.

Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri bayram tədbirlərində iştirak ediblər. Sonda həbsxanada qurban kəsilib, süfrə açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm