Türmədə bayram konserti - FOTO
Bizi izləyin

Qırmızı.az

Türmədə bayram konserti - FOTO

Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında qeyd olunub.

Publika.az-ın məlumatına görə, Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində geniş tədbir keçirilib.

Qurban bayramı münasibəti ilə Ədliyyə Nazirliyi və Penitensiar xidmət rəhbərliyinin təbrikləri xüsusi kontingentə çatdırılıb, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib. Ruhinin, Elton Hüseynəliyevin, Aysel Əlizadənin, Sevinc və Sevil Səfərova bacılarının, Gülay Zeynallının, Günay İbrahimlinin çıxışları məhkumlar tərəfindən maraqla qarşılanıb.

Bayram münasibəti ilə qurbanlar kəsilib, məhkumlar üçün bayram süfrəsi açılıb.

Tədbirdə Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov və Baş idarənin məsul əməkdaşları iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm