Bakıda zibil maşınları toqquşdu - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda zibil maşınları toqquşdu - FOTO

Paytaxtın Fəhlə prospektində ağır yol qəza hadisəsi baş verib. Publika-az-ın Axar.az-a istinadən verdiyi xəbərə görə, bu gün axşam saat 19:00 radələrində Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) məxsus 90 JK 816 və 90 JK 806 dövlət nömrə nişanlı iki zibil daşıyan yük maşını Nargilə kafesinin yanında bir-biri ilə toqquşub.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, qəza nəticəsində 90 JK 806 dövlət nömrə nişanlı zibil maşınının sürücüsü yaralanıb. Təcili Tibbi Yardım maşınında xəstəxanaya göndərilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Prospektdə böyük tıxac yaranıb.

Hadisə yerində araşdırma aparan Dövlət Yol Polisi əməkdaşları tıxacı aradan qaldırmağa və yolu tam açmağa çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm