Leyla Əliyeva talassemiyalı uşaqlara baş çəkdi
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyeva talassemiyalı uşaqlara baş çəkdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin direktoru akademik Andrey Pritıko Talassemiya Mərkəzində olublar.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və akademik Andrey Pritıko Talassemiya Mərkəzində yaradılan şəraitlə tanış olublar. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Mərkəzin fəaliyyəti irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən xəstə uşaqlar, eləcə də onların valideynləri üçün böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı ilk növbədə onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatlar verilməsindən asılıdır.

Azərbaycanda 2011-2015-ci illər üçün talassemiya və hemofiliya xəstəlikləri ilə bağlı Dövlət proqramı həyata keçirilir. Heydər Əliyev Fondu hələ 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin başlandığını elan edib. Mərkəzdə bu ilin may ayında Azərbaycanda ilk dəfə olaraq üç pasiyent üzərində sümük iliyinin transplantasiyası əməliyyatı aparılıb və bu əməliyyatlar uğurla keçib. Hazırda daha dörd xəstənin əməliyyat olunması planlaşdırılır.

Leyla Əliyeva və Andrey Pritıko Mərkəzdə müalicə alan xəstələrlə görüşdülər.

Andrey Pritıko Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi və bu tibb ocağının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfində hədiyyələr təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm