Dekan rüşvət verməyən tələbə qızı təhqir etdi - Bakıda
Bizi izləyin

Qırmızı.az

Dekan rüşvət verməyən tələbə qızı təhqir etdi - Bakıda

Bakı Sənaye Pedoqoji Kollecində dekan jurnal alınması üçün pul yığır.


Axar.az xəbər verir ki, bu barədə kollecdə oxuyan tələbə qızlardan birinin bacısı özünün Feysbuk səhifəsində məlumat verib və şərhlərdə məsələyə bir daha aydınlıq gətirib. Rüşvət yığıldığını qeyd edən gənc qız hətta bu məsələyə görə bacısının bir neçə dəfə ağladıldığını da yazıb:


“Rüşvətə görə həmin dekan bacımı bir neçə dəfə ağladıb. Oktyabr ayı olmasına baxmayaraq, hələ də 10 manat jurnal pulu tələb olunur. Dekan tələb etdiyi pulu verməyən qrupa daxil olaraq tələbələri təhqir də edib.


Pul verilmədiyi üçün dekan otağa girib şüvənlik edir, sözün həqiqi mənasında tələbələrə qan uddurur. Bir qrupda 25 nəfər var, bu da 250 manat deməkdir, o qədər pula alınan jurnal yəqin ki, qızıldandır. Bu özbaşınalığın bir sonu olmalıdır. Bildiyim qədəri ilə jurnal üçün pul yığılmamalıdır, onu pulsuz verirlər”.


İlk iş günündə faktı araşdırmağa çalışcağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm