Qurbanlığın qurbanları: 4078 yaralı, 1 ölü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Qurbanlığın qurbanları: 4078 yaralı, 1 ölü - VİDEO

Türkiyədə Qurban bayramı ilə əlaqədar görülən bütün tədbirlərə baxmayaraq, bələdiyyələrin təyin etdiyi yerlərdən kənarda kəsilən qurbanlarla ortalıq qan gölünə çevrilib.

Publika.az xəbər verir ki, qonşu ölkədə qurban kəsən 4 mindən çox naşı qəssab özünə xəsarət yetirib, bir nəfər isə ölüb.

Statistik məlumatlara görə, xəstəxanaya gətirilən naşı qəssabların sayı 4078 nəfər olub. Bütün günü əksər xəstəxanaların təcili yardım və cərrahiyyə şöbələri qəssablarla dolub, boşalıb. Xəsarət alanların əksəriyyəti bıçaqla əllərini kəsib, bəziləri isə iribuynuzlu mal-qaranı yıxarkən səhvən heyvanın altında qalan əl və ya ayaqlarını yaralayıblar. Onlardan bəzilərinin xəsarəti yüngül olduğundan evə buraxılıb, bəziləri isə xəstəxanaya yerləşdirilib.

Kayseridə isə oğulları ilə birlikdə kəsəcəyi dananı yıxmağa çalışarkən betonun üzərinə yıxılan 62 yaşlı kişi ürəktutmasından vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm