Xırdalanda daha bir intihar
Bizi izləyin

Qırmızı.az

Xırdalanda daha bir intihar

Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə MD 23 qəsəbəsi Alı Mustafayev küçəsi 26-da baş verib. 1977-ci il təvəllüdlü Nazim Əzim oğlu Məmmədov özünü evinin vanna otağında asaraq intihar edib.

Həmin evdə anası ilə tək yaşayan Nazim Məmmədov narkotik istifadəçisi olub və əvvəllər buna görə məhkum da olunub.

Hazırda işsiz olan N.Məmmədovun intihar səbəbi Abşeron Prokurorluğunda araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm