• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Millət vəkilləri tələbələrin qonağı oldu

Millət vəkilləri tələbələrin qonağı oldu

“İrəli” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi davam edir.

Layihənin ikinci günü “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatorluğu ilə “Gənclik və informasiya təhlükəsizliyi” mövzusunda baş tutan panelin qonaqları Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli olub.

Gənclərlə görüşü zamanı Millət vəkili Rəbiyyət Aslanova qeyd edib ki, sağlam təfəkkürlü gənc nə qurduğunu yaxşı bilir və bunun heç bir ziyanı olmur. Gənclər ayıq-sayıq olmalı, müasir dövrün informasiya məkanında yaxşını pisdən ayırmağı bacarmalıdır:

"Gənclərin bəzi təhlükəli informasiyaların təsiri altına düşməsi çox qorxulu məsələdir. Müasir informasiya axınından bəhrələnmək və onun neqativ təsirlərinin qarşını almaq gəncliyin qarşısında duran ən mühüm və ən çətin vəzifələrdən biridir".

Komitə sədrinin sözlərinə görə, gənclər cəmiyyətin ictimai-siyasi həyatında fəal olmalı, özünü təsdiq etməlidirlər. Gənclik ötüb keçən bir andır. İndidən bu dövrün qədrini bilib, özlərini təsdiq etməlidirlər. Çünki gənclərin gələcək uğurları bu gün atılan addımlardan asılıdır".

Millət vəkili Əli Hüseynli informasiya azadlığı müsbət tərəfləri ilə yanaşı, bir sıra təhdid və təhlükələrə də gətirib çıxardığını bildirib.

Komitə sədri qeyd edib ki, bunun üçün Azərbaycanda mövcud informasiya sistemində düzəlişlər edilməlidir:

"Biz o xaricdən gələn informasiyalara duruş gətirə bilən sistem formalaşdıra bilməmişik. Televiziyalar və ya digər KİV-lər müəyyən mövzulardan kənara çıxa bilmirlər. Bu səbəbdəndir ki, gənclərin çoxu yerli televiziyalara baxmırlar".

Daha sonra görüş qarşılıqlı diskussiya şəklində davam edib. Qeyd edək layihə 5-8 fevral tarixlərini əhatə edir. 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR