Leyla Əliyeva tanınmış teleaparıcını ziyarət etdi
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyeva tanınmış teleaparıcını ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkən və hazırda Almaniyada müalicə olunan tanınmış teleaparıcı Hacı Nuran Hüseynovu ziyarət edib. Bu ziyarətdən təsirlənən teleaparıcı ürək sözlərini sosial şəbəkədə paylaşıb.


"Yataq otağımda pəncərədən düşən günəşin şüası səhər tezdən mənə qəribə görsəndi... Günəş elə bil özü otağıma gəlmək, məni oyatmaq istəyirdi... Qəribə idi... Axı buralarda bu vaxtlar nə günəş?! Deməli yuxuda gördüklərim gerçək olmalı imiş.


Çox keçmədi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un rəhbəri, IDEA-nın prezidenti, "Baki" jurnalının baş redaktoru Leyla xanım Əliyeva ilə gözəl bir görüşümüz oldu. Xəstə olduğum vaxtdan ikinci dəfə şəxsən Leyla xanımla görüşmək mənə elə bir ruh verdi ki, xəstəliyimi unutdum, ağır kimyaterapiya və şuaterapiya aldığım günlərim tamam yadımdan çıxdı, əhval-ruhiyyəm düzəldi, sağalmağıma bir ümid oldu. Leyla xanım, Siz mənə ən ağır vəziyyətdə kömək olduz, məni dəstəklədiz, ümid verdiz, xoş anlar yaşatdız. Sizə nə gədər təşəkkür etsəm də az olar. Sizin cavan ikən bu gədər mərhəmətli addımlarını gördükcə və eşitdikcə içimdə bir qürur hissi oyanır.

Azərbaycan gəncinin fəxri və nümunəsi kimi Leyla xanımın etdiklərini görməmək, hiss etməmək mümkünsüzdür. Təmənnasız yaxşılıq aksiyalarına sahib olan bu xanımın vaxt ayırıb mənim halımla maraglanmasına fərəh duydum. Və içimdən bir söz gəldi: Vətən, nə yaxşı ki sən varsan, nə yaxşı ki sənin qeyrətli övladların var. Sənə görə yaşamağa dəyər!

Həmçinin Leyla xanımla birlikdə gələn geniş nümayəndə heyətindən olan çoxlu dostlarımı da gordüm, elə bil dunyanı mənə bağışladılar. Onda başa düşdüm ki, səhər otağımın divarını deşən günəşin nə demək istədiyini anladım.

Xalqımızın ən hörmətlə yanaşdığı bayramlardan biri olan Qurban bayramı münasibəti ilə bu bayramın ideyasını əməlləri ilə yaşadan Leyla xanım başda olmaqla onunla çiyin-çiyinə çalışan, onun bütün gözəl əməkdaşlarını hər birini təbrik edirəm və onlara çoxlu can sağlıgı və uğurlar arzu edirəm! Allah Sizi qorusun! İnşallah tezliklə Bakıda, doğma Vətənimizdə görüşmək ümidi ilə!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm