Hərbçilərimiz Qurban bayramını qeyd ediblər (FOTO)
Bizi izləyin

Qırmızı.az

Hərbçilərimiz Qurban bayramını qeyd ediblər (FOTO)

Qurban bayramı münasibətilə Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibəti ilə təbriki çatdırıldıqdan sonra, bayramın tarixi barədə şəxsi heyətə məlumat verilib.

Sonra adət-ənənəyə uyğun olaraq qurbanlıq heyvanlar kəsilib.

Bundan sonra Suraxanı rayonu Qurban Abbasov adına mədəniyyət sarayının bədii kollektivi və "Xəzər" qiraət dərnəyinin üzvləri şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda iştirakçılara Hərbi Dəniz Qüvvələri Komandanlığı adından fəxri fərmanlar təqdim olunub.

Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə Qurban bayramına həsr olunmuş tədbirdə çıxış edən polkovnik Elşad Əbilov Müdafiə nazirinin və birlik komandirinin bayram təbriklərini, polkovnik Gəray Bağırov isə hərbi hissə komandirinin bayram əmrini şəxsi heyətə çatdırıblar.

Tədbirdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar. Sonra şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.

Tədbir Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivinin ifasında təqdim olunan geniş konsert proqramı ilə başa çatıb.

"N" saylı hərbi hospitalda da Qurban bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar. Sonra şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.

Hərbi hospitlada müalicə olunan hərbi qulluqçulara bayram sovqatı təqdim edilib və Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivi şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm