• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hava soyuyur: temperatur 6 dərəcəyədək aşağı düşəcək

Hava soyuyur: temperatur 6 dərəcəyədək aşağı düşəcək

Sabah hava dəyişəcək, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında gecə və gündüz havanın temperaturu 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək. Temperaturun gecə 10-14, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR