Rusiyada balıq satan azərbaycanlı tutuldu
Bizi izləyin

Qırmızı.az

Rusiyada balıq satan azərbaycanlı tutuldu

Rusiyada 29 yaşlı azərbaycanlı həbs olunub. Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Xabarov vilayətində rüşvət vermə maddəsilə tutulan azərbaycanlı kimliyi barədə məlumat verilmir.

Xabarov polisi vilayətin mərkəzi bazarında balıq alveri ilə məşğul olan azərbaycanlıya yaxınlaşıb və satdığı balığın qanunsuz olduğunu bildirib. Lakin o, polisə 2 min manat pul təklif edib.

Saxlanılan şəxs polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. O, cinayət məcəlləsinin 3.30 və 3.291 maddələrilə təqsirkar bilinir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm