
Bu gün İsveçdə 113-cü Nobel həftəsinə start veriləcək. Publika.az Axar.az-a istinadən xəbər verir ki, Oktyabrın 6-da Fiziologiya və Tibb sahəsi üzrə Nobel mükafatının adı bəlli olacaq.
Daha sonra oktyabrın 7-də fizika, oktyabrın 8-də kimya üzrə Nobel mükafatına yiyələnən şəxsin adı açıqlanacaq. 10 oktyabr tarixində Sülh mükafatı laureatı və oktyabrın 13-də isə iqtisadiyyat üzrə Nobel mükafatını əldə edən şəxsin kimliyi elan olunacaq.
Tibb və fiziologiya üzrə Nobel mükafatının laureatlarının adları isə bəlli oldu. Bu mükafata beyindəki hüceyrələrlə bağlı araşdırma aparan Con O Kif və həyat yoldaşı Mey-Brit eləcə də Edvard Mozerə verilib.
Qeyd edək ki, Stokholmun Karolin İnstitutunda Alfred Nobelin vəsiyyətinə əsasən Nobel komitəsi yaradılıb.