Şəmşad Ağa Qaynar.info-dan ayrıldı
Bizi izləyin

Qırmızı.az

Şəmşad Ağa Qaynar.info-dan ayrıldı

Jurnalist-yazar Şəmşad AĞA Qaynar.info-nun baş redaktoru vəzifəsindən istefa verib.

Bu barədə Aktual.Az-a redaksiyada çalışan əməkdaşlardan biri məlumat verib.

Onun sözlərinə görə, baş redaktor harada çalışacağını deməyib.

Bundan sonra Qaynar.info-ya saytın təsisçisi tanınmış yazar Zahir Əzəmətin özü rəhbərlik edəcək.

Mövzu ilə bağlı Aktual.Az-ın əməkdaşı Şəmşad AĞA ilə əlaqə saxlayıb.

O, xəbəri təsdiq edib və saytdan könüllü ayrıldığını deyib: "Qaynar.info baş redaktor kimi çalışmağım üçün bir növ təcrübə oldu. Buna qədər müxbir və redaktor kimi bir sıra qəzetlərdə və saytlarda çalışmışdım. Jurnalist fəaliyyətim daha çox internet media sahəsində olub. Hesab edirəm ki, Qaynar.info-da çalışdığım müddətdə də böyük uğurlar əldə etdik. Ən əsası qərəzsiz, vicdanlı mövqe sərgilədik. Qaynar.info ölkədə yaranan və sözünü demiş internet media resurslarındandır. Bu sayt 2007-ci ildə Zahir Əzəmət tərəfindən yaradılıb, təsisçi özüdür. Ona görə də fikirləşdim ki, bir az da öz şəxsi layihələrim üzərində düşünüm. Yəni oradan ayrılmağım sırf şəxsi layihələrimlə bağlı oldu".

"Zahir Əzəmətlə aranızda hər hansı bir problem yaşanmayıbmı" sualına isə o, belə cavab verib: "Biz Zahir Əzəmətlə 10 ildən çoxdur ki, dostuq. Qaynar.info-dan getməyim Zahir Əzəmətlə münasibətlərimizə heç bir təsir etməyəcək. Səmimi şəkildə razılaşıb bu qərarı verdim".

Qeyd edək ki, Şəmşad AĞA əvvəllər "Paralel", "Gündəlik Bakı", "Doğru Xəbər" qəzetlərində, həmçinin "24saat.Az", "7Gun.Az", "Bizimxeber.az", "Publika.Az" və "Gündəlik Teleqraf" qəzetinin saytı "teleqraf.com" kimi internet media orqanlarında çalışıb.

2013-cü ilin yanvar ayından "Qaynar.info" saytının baş redaktoru olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm