Çətirsiz evdən çıxmayın - yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Çətirsiz evdən çıxmayın - yağış yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək, arabir yağış yağacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 11-16°, Bakıda gecə və gündüz 11-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 14-18° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-5°, gündüz 5-8° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 12-17° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə 28-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 10-14°, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi 15-20 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-19° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-15° isti olacağı gözlənilir.

Oktyabrın 7-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksələcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm