Gəncədə və Goranboyda ağır qəza - 5 nəfər xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Gəncədə və Goranboyda ağır qəza - 5 nəfər xəsarət alıb

Gəncədə və Goranboyda ağır yol nəqliyyat hadisələri baş verib. Qəzalar nəticəsində 2 ağır olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Bu barədə Publika.az Kəpəz TV-yə istinadən məlumat verir.

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Şəddadilər küçəsində yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Zərəçəkmişin vəziyyəti normal olduğundan azyaşlı evə buraxılıb.

Gəncədə digər bir piyadavurma nəticəsində Ozan küçəsi 143 ünvanında qeydiyyatda olan 27 yaşlı Gündüz Abdullayevdə ağır vəziyyətdə şəhər TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Ağır vəziyyətdə olan xəstəyə dərhal tibbi yardım göstərilib.

Goranboy rayonunda da iki nəfərin ağır yaralanması ilə nəticələnən piyadavurma hadisəsi qeydə alınıb. Belə ki, Camal Cəlilovun idarə etdiyi "Mersedes" markalı avtomobil Gəncə istiqamətinə hərəkətdə olarkən Dəliməmmədli şəhər sakinləri 28 yaşlı Rəşad Hüseynovu və 22 yaşlı İltifat İsgəndərovu vurub. Yaralılar dərhal Gəncə şəhər TTYX-na yerləşdiriliblər.

Digər bir yol qəza hadisəsi isə Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Səyyad Əliyevin idarə etdiyi "Qazel" markalı sərnişin mikroavtobusu yol ayrıcındakı dəmir səddlərə girib. Belə ki, sürücü Gəncə istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə qəza törədib. Hadisə zamanı "Qazel"in sürücüsü avtomobildə tək olub və qəza zamanı yüngül xəsarətlər alıb. Hər dörd yol nəqliyyat hadisəsi ilə aidiyyatı qurumlarda araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm