• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda “London taksi”si kimi işləyən cənazə maşınları - Foto

Bakıda “London taksi”si kimi işləyən cənazə maşınları - Foto

Ölü sahibi vəfat etmiş şəxsi paytaxtdan kənarda torpağa tapşırırsa, hökmən yas biznesi yiyələrinə müraciət etməlidir.

Axar.az-ın müxbiri “Göy məscid” yaxınlığında sıraya düzlənmiş cənazə maşını sahibləri ilə ayaqüstü söhbət edib. Əməkdaşımız öyrənib ki, cənazə daşıyan qara rəngli maşınlar Bakıda 70-120 manata xidmət göstərir:
“Məsafədən asılı olaraq gedirik. Məsələn, mərhum Nərimanovdan Xırdalan qəbiristanlığına aparılırsa, 90 manata razılaşmaq olar. Çox vaxt bizə rayonlara getmək üçün müraciət edirlər. Çünki şəhərdə hər kəs bir yolla maşın tapır”.

Cənazə maşını sürücüsü deyir ki, paytaxtdan bölgələrə bu maşından istifadə edən vətəndaş hər kilometrə görə 1 manat ödəməlidir: “Hər bir kilometrə 1 manat yazır. Ancaq müştəri ilə razılaşmaq olur. Bizə çox vaxtı vəzifəli, varlı insanlar müraciət edir. Amma tələbat da az deyil”.

Cənazə maşınlarının geiş haqqı tarifi “London taksi” xidmətinə oxşayır. Bu taksilərdə də sayğac hər kilometrə 1 manat yazır. Qeyd edək ki, hökumət yas mərasimlərində ehsan israfçılığına qarşı inzibati müdaxilələr etməyə başlayıb.

Əhaliyə də tövsiyə olunur ki, məclisdə çay, qənd, xurma, limon və halva versinlər. Yas mərasimləri icra və polis əməkdaşları tərəfindən müşahidə olunur. Ancaq VİP çadır və cənazə maşını biznesində qiymətlərlə bağlı hər hansı tənzimləyici addım atılmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR