Həftədə 4 günlük iş rejiminə keçirik
Bizi izləyin

Qırmızı.az

Həftədə 4 günlük iş rejiminə keçirik

Beynəlxalq Əmək Təşkilatı (BƏT) dördgünlük iş həftəsinə keçməyi təklif edib.

Publika.az xəbər verir ki, BƏT təmsilçisi Con Messenger dördgünlük iş həftəsinə keçməyə bir neçə əsasla izah edib.

“Bu əsaslar sırasında emal işlərinin sağlamlığa təsiri, iş yerlərinin sayca artırmaq imkanı, eləcə də işdə az vaxt keçirən insanların özünü daha xoşbəxt hiss etməsi və daha məhsuldar çalışmasıdır”, - Messenger əlavə edib.

BƏT hesab edir ki, dördgünlük iş həftəsinə keçid həm də ətraf mühitə daha yaxşı təsir göstərəcək, enerjiyə qənaət imkanı yaradacaq.

Hələlik bu təklifə iri şirkətlərdən yalnız Google dəstək verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm