Ermənilər üç rayonumuzu atəşə tutdu
Bizi izləyin

Qırmızı.az

Ermənilər üç rayonumuzu atəşə tutdu

Ermənilər ötən gün də ənənəvi olaraq atəşkəs rejimini pozublar.

Publika.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm