Qırmızı.az
41 insan alveri qurbanına yardım edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-sentyabr aylarında 41 nəfər insan alveri qurbanına, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 39 nəfərə müvafiq yardımlar göstərib. Həmin şəxslərin bir çoxu eyni vaxtda bir neçə növ yardımla təmin edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yardım göstərilən şəxslərdən 5 nəfərinin ailələrinə ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayon ƏSMM-nə, 18 nəfərinin məşğulluğunun təmin olunması, 6 nəfərinin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə, 1 nəfərinə əlil arabasının verilməsi üçün nazirliyin müvafiq şöbəsinə, 1 nəfərin torpaq sahəsi ilə təmin olunması üçün İcra Hakimiyyətinə müraciət edilib. Eyni zamanda, 3 nəfərə maddi yardım göstərilib, 5 nəfər sığınacaqla, 11 nəfər tibbi, 6 nəfər psixoloji, 23 nəfər hüquqi yardımla təmin edilib. Bir nəfər zərərçəkmişin övladı körpələr evi-uşaq bağçasına yerləşdirilib, həmçinin 2 nəfərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün işlər aparılıb.
Digər insan alveri qurbanları və potensial insan alveri qurbanlarına da aidiyyəti üzrə köməkliklərin göstərilməsi təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb.
Gülnar Əliyeva
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI