Qırmızı.az
Qazaxda “Tarixi abidələrimizi tanıyaq” layihəsi
01 avqust – 01 oktyabr 2014-cü il tarixlərdə Qazax rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Tarixi abidələrimizi tanıyaq” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Qazax rayonunda yerləşən tarixi abidələr (arxeoloji və tarixi-mədəniyyət abidələri) haqda məlumatları özündə əks etdirən kitabçalar buraxılıb. (500 tiraj)
Sentyabr ayında 4 təqdimat keçirilib. Belə ki, 19 sentyabr 2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında, 23 sentyabrda Qazax şəhər M.Hüseyn adına məktəb-liseydə, 24 sentyabrda Qazax Mədəniyyət Evində, 29 sentyabrda isə Qazax Gənclər Mərkəzində təqdimatlar keçirilib. Təqdimatlarda ümumilikdə 200 nəfərədək insan iştirak edib.
Təqdimatlar zamanı adı çəkilən təşkilatlara kitabçalar paylanıb. Gələcəkdə layihənin davam etdirilməsi və daha çox abidələrin əhatə olunması nəzərdə tutulur.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO