Nazir müavini MDB müəllimlərinin qurultayında
Bizi izləyin

Qırmızı.az

Nazir müavini MDB müəllimlərinin qurultayında

Təhsil nazirinin müavini Firudin Qurbanov Belarusun paytaxtı Minsk şəhərində MDB dövlətlərinin müəllim və təhsil işçilərinin üçüncü qurultayında iştirak edib.

Publika.az-ın nazirliyin saytına istinadə verdiyi xəbərə görə, 500-dək nümayəndənin iştirak etdiyi qurultayda Belarusun dövlət başçısı adından Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini A.Radkov iştirakçıları salamlayıb.

Təhsil nazirinin müavini F.Qurbanov, həmçinin qurultay çərçivəsində MDB-nin üzvü olan dövlətlərin təhsil sahəsində əməkdaşlıq üzrə Şurasının iclasında müşahidəçi qismində iştirak edib. İclasda 2016-cı ilin “Təhsil ili” elan olunmasının MDB məkanında təhsilin inkişafı və bu sahədə əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyəti vurğulanıb, habelə növbəti iclasın keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində F.Qurbanov Belarusun təhsil naziri S.Maskeviç, habelə bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Belarus Dövlət Universitetinin rektoru S.Ablameyko, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru A.Juk və Peşə Təhsili üzrə İnstitutun rektoru A.Şklyar ilə görüşüb və səmərəli fikir mübadiləsi aparıb.

F.Qurbanov Peşə Təhsili üzrə İnstitutun rektoru A.Şklyar ilə görüşdən sonra bu təhsil müəssisəsinin tikinti, maşınqayırma və avtomobil təmiri resurs mərkəzlərində olub. Burada iki ölkə arasında bu sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Bununla yanaşı, nazir müavini F.Qurbanov Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində də olub və universitetin tələbə və müəllimləri ilə görüşüb.

Həmin görüşdə, həmçinin Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə də iştirak edib.

F.Qurbanov həmin universitetin önündə qoyulmuş “Mənim birinci müəlliməm” abidəsinin açılışında iştirak edib. Abidənin açılışına Belarus Respublikası Baş nazirinin müavini A.Tozik də qatılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm