Elm Fondunun qalibləri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Elm Fondunun qalibləri açıqlandı

AMEA-nın akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının iclası keçirilib.

Publika.az-ın məlumatına görə, institutun direktoru Dilqəm Tağıyev ARDNŞ Elm Fondunun 2014-cü il üçün elan etdiyi müsabiqənin nəticələri haqqında geniş məlumat verib.

O qeyd edib ki, müsabiqəyə təqdim olunmuş 85 layihədən 28 elmi-tədqiqat layihəsi, 4 xüsusi layihə və 2 həvəsləndirici mükafat olmaqla 34 layihə qalib elan edilib.

KQÜKİ-nin alimləri tərəfindən müsabiqəyə təqdim olunmuş 17 layihədən biri müştərək olmaqla 7 layihə qaib gəlib.

6 qalib layihə KQÜKİ-də fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir problemlərin həlli ilə məşğul olan alimlərdən AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Qüdrət Kəlbəliyev, Əjdər Məcidov və institutun aparıcı alimlərindən olan Lətifə Həsənova, Manaf Manafov, Vaqif Qasımov rəhbərlik edəcəklər.

Qalib elan edilən 1 layihə isə AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri ilə müştərək həyata keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm