Qırmızı.az
Eks-prezidentlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzində
Latviyanın sabiq Prezidenti Valdis Zatlers və Estoniyanın sabiq dövlət başçısı Arnold Ruutel Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
Publika.az-ın məlumatına görə, mərkəzin ofisi, fəaliyyəti ilə yaxından tanış olan eks-prezidentlərə təşkilatın həyata keçirdiyi son tədbirlər, yeniliklər barədə məlumat verilib.
Həmçinin gələcək planlar, xüsusilə də 2015-ci ildə keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verilib, müzakirələr aparılıb.
Xatırladaq ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan hər iki sabiq prezident Valdis Zatlers və Arnold Ruutel Bakıda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olub.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı