“Azərkosmos” türk kanallarının yayım tezliyini dəyişdi
Bizi izləyin

Qırmızı.az

“Azərkosmos” türk kanallarının yayım tezliyini dəyişdi

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti türk kanallarının yayım tezliyinin dəyişməsini elan edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, artıq televiziya izləyiciləri “Kanal D”, “Star TV”, “TV8 Int”, “Show TV”,”ATV”, “NTV Int”, “CanAzerbaycan TV”, “Zuhur TV” kimi kanallarını yeni 11015 H 30000 tezliyində izləyə bilərlər.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.


Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm