Azad Rəhimov Helen Klarkla görüşüb
Bizi izləyin

Qırmızı.az

Azad Rəhimov Helen Klarkla görüşüb

Gənclər və İdman naziri Azad Rəhimov BMT-nin İnkişaf Proqramının və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkla görüşüb.

Görüş zamanı gənclər sahəsində Azərbaycanda həyata keçirilən layihələr, qəbul edilən dövlət proqramları haqda məlumat verilib, birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Eyni zamanda bu ilin oktyabr ayının 28-30 tarixlərində Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, UNESCO və BMT-nin Gənclər Siyasəti üzrə xüsusi qurumu tərəfindən Bakıda gerçəkləşəcək “Gənclər Siyasəti üzrə I Qlobal Forum” haqda danışıqlar aparılıb.

Forumun gənclər siyasətində böyük və uğurlu addım olduğu, bu sahədə yeni istiqamət olacağı qeyd olunub.

Bilidirilib ki, dünyanın 200-dən artıq ölkəsindən 700-dən artıq iştirakçını bir araya toplayacaq forum gənclər siyasəti sahəsində yeni təcrübələrin əldə olunmasında,ölkələr arası fikir mübadiləsinin aparılmasında xüsusi önəm daşıyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm