Bolu bələdiyyə başqanına Qarabağ parkı üçün təşəkkür
Bizi izləyin

Qırmızı.az

Bolu bələdiyyə başqanına Qarabağ parkı üçün təşəkkür

Boluda səfərdə olan millət vəkili Qənirə Paşayeva Türk xalqlarının təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdəki çıxışında bütün Bolululara, bələdiyyə başqan və üzvlərinə onu Bolunun Fəxri Vətəndaşı adına layiq gördükləri üçün təşəkkürünü bildirib. Bolu bələdiyyə başqanı Alaəddin Yılmaz və bələdiyyə üzvlərinə şəhərin ən ğözəl yerlərindən birində yerləşən parklardan birinə Qarabağın adını verdikləri üçün xüsusi təşəkkürünü bildirib.

Bir müddət əvvəl Bolunu ziyarət zamanı bələdiyyə başçısı ilə görüşdə şəhərin ən gözəl yerlərindən birində yerləşən parklardan birinə Qarabağ adının adı verilməsi xahişi ilə çıxış etdiyi və bələdiyyə başqanı və üzvlərinin də bu təklifə müsbət yanaşdığını deyən Qənirə Paşayeva bu səfəri zamanı bələdiyyə başçısının müavini Emine Davarçıqlıoğlu ilə şəhərin mərkəzindəki bütün parkları ziyarət etdiyini və ona “hansı park xoşunuza gəlsə oraya Qarabağ adı veriləcək və ora yüksək səviyyədə hazırlanacaq” deyilməsindən məmun olduğunu deyib. Boludan İstanbula olan mərkəzi yolun kənarında yeni qurulan böyük bir parkı bəyəndiklərini və bələdiyyə başqanı Alaəədin Yılmazın “əgər bu park xoşunuza gəldisə bura artıq bu gündən Qarabağ parkıdır” deməsini və bu parkın yüksək səviyyədə qurulacağını söyləməsini yüksək qiymətləndirdiklərini deyən Qənirə Paşayeva həmin parkda Azərbaycanı anladan heykəl, Azərbaycan xəritəsi və Azərbaycan mədəniyyətini özündə əks etdiyən müəyyən kiçik abidə və simvolların,Qarabağı anladan stendin da qoyulması ilə bağlı fikirlərinə müsbət yanaşaraq bunlar mütləq o parkda olacaq deyən bələdiyyə başqanına bir daha təşəkkür edirik və biz də əlimizdən nə gəlirsə bu istiqamətdə etməyə hazırıq deyib. Gənc nəsillərimizə ortaq tariximiz və problemimiz olan Qarabağ barədə həqiqətlərin daha da geniş çatdırılmasına böyük ehtiyac olması və bu kimi addımların da məhz buna xidmət etdiyini deyən millət vəkili Qənirə Paşayeva "bu kimi addımlar dostları sevindirir, düşmənlərə isə ciddi bir mesajdır" deyib.

Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkilləri biıdrib ki, İnanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Bolu adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin deyib. Millət vəkili Qənirə Paşayeva Bolu bələdiyyə başqanına tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan qəhrəmanlarının milli geyimini, Azərbaycan bayrağı, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı kitablar, materiallar hədiyyə edib. Bələdiyyə başqan yardımçılarına da eyni aadlı hədiyyələr təqdim olunub. Qardaş Azərbaycana bir müddət əvvəl səfəri zamanı özünü öz evindəki kimi hiss etdiyini deyən bələdiyyə başqanı Alaəddin Yılmaz Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Boluda Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib. Parkın qısa zamanda yüksək səviyyədə hazırlanacağını deyən Bolu bələdiyyə başqanı millət vəkilini yaxın zamanlarda keçiriləcək açılış mərasiminə də dəvət edərək, inşallah, yaxın zamanlarda işğal bitər, azərbaycanlı məcburi köçkün qardaşlarımız evlərinə dönər və orada da birlikdə tədbirlərdə iştirak edərik deyib və bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını deyib.

Dəvəti məmuniyyətlə qəbul edən millət vəkili Qənirə Paşayeva bu addımın digər bir çox bələdiyyələr üçün də gözəl örnək olacağına inandığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm