Sürücülərə şad xəbər!
Bizi izləyin

Qırmızı.az

Sürücülərə şad xəbər!

Bakıda Ziya Bünyadov prospektində əsaslı dəyişikliklər olunacaq.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Publika.az-a verdiyi məlumata görə, yolda ümumi uzunluğu 9,2 km, hərəkət zolaqlarının sayı isə keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaq arasında dəyişəcək.


Prospektin yenidən qurulmasında məqsəd 20 yanvar dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairə ilə Böyük Şor yol qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz hərəkətini təmin etməkdir.


Qeyd edək ki, yol boyu nəzərdə tutulan qovşaqlarda biri istismara verilib, digər 3 qovşaqda işlər başa çatdırılıb. Bəzi koməkçi hissələr istisna olmaqla 3 qat asfalt-beton örtüyünün döşənməsi sona çatmaq üzrədir. İşıqlandırma sisteminin böyük hissəsi quraşdırılıb. Drenaj sistemində isə işlərin 95 faizi yerinə yetirilib.


Hazırda sonuncu aşınma qatının vurulmasına hazırlıq işləri gedir. Hava şəraiti normal keçərsə, sonuncu qatın döşənməsi oktyabrın sonunadək yekunlaşacaq. “20 yanvar” dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairədən Böyük Şor qovşağına qədər nəqliyyatın normal hərəkəti təmin olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm