ATU-da rezidenturaya qəbulun nəticələri açıqlandı
Bizi izləyin

Qırmızı.az

ATU-da rezidenturaya qəbulun nəticələri açıqlandı

2011-ci ildə ilk dəfə rezidentura vasitəsilə 37 ixtisas üzrə həkimlərin hazırlığına başlanıb.

Birinci il imtahanlarda 1063 namizəd iştirak edibsə (onlardan 819-u 2011-ci ilin məzunları olub), 2014-cü ildə imtahanlarda 1 414 namizəd iştirak edib və onların 666 nəfəri builki məzunlardır.

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında 2011-2014-cü illərdə rezidenturaya qəbulun nəticələrinə həsr olunan tədbirdə məlumat verilib.

ATU-nun rektoru Əhliman Əmiraslanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva toplaşanlara həmin dövrün statistikası ilə bağlı məlumat veriblər.

Bildirilib ki, səhiyyənin inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Təhsil haqqında” qanuna uyğun olaraq Rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. Test imtahanları ilk mərhələdə əsas fənlər üzrə, ikinci mərhələdə isə ixtisas üzrə keçirilir. Bundan əlavə, gələcəkdə imtahanların üçüncü mərhələsinin - simulyator və manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm