• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Biləcəridə partlayış – 1 ölü, 4 yaralı - FOTOLAR/Yenilənir (2)

Biləcəridə partlayış – 1 ölü, 4 yaralı - FOTOLAR/Yenilənir (2)

Bu gün Biləcəri qəsəbəsində baş vermiş yanğın nəticəsində 4 nəfər yaralanıb, bir nəfər isə həkimə qədər ölüb. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən xeyir-şər məclisində baş vermiş partlayış nəticəsində xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Xəsarət alanların ikisi qadın, ikisi kişidir.

*****

Fövqəladə Hallar Nazirliyi marketdə baş vermiş partlayışla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan insan isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

****

Bu gün Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə partlayış baş verib.

Hadisə şahidlərinin Publika.az-a verdiyi xəbərə görə, partlayış nəticəsində marketdə yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının operativ şöbəsindən Publika.az- a verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Məlumatda bildirilib ki, müraciətlərin sayı artmaqdadır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

İlkin məlumatlara görə, bir neçə nəfər xəsarət alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR