Ucardakı qəzada ölənlərin adları açıqlanıb
Bizi izləyin

Qırmızı.az

Ucardakı qəzada ölənlərin adları açıqlanıb

Ucarda baş verən yol qəzasında ölənlərin şəxsiyyətləri dəqiqləşdirilib.

Publika.az xəbər verir ki, qəzada ölənlər İsmayıllı rayon sakinləri “VAZ” markalı minik maşınının sürücü 39 yaşlı Ceyhun Novruz oğlu Baxışov və onun sərnişinləri bir ailənin üzvləri 26 yaşlı Sebuhi Tofiq oğlu Mirzəməmmədov, onun həyat yoldaşı 30 yaşlı Zəminə Həsən qızı Mirzəməmmədova, övladları 1 yaşlı Yusif Mirzəməmmədov və 2014 – cü il təvəllüdlü Ayşən Mirzəmmədovadır.

Qeyd edək ki, bu gün Ucar rayonunda “VAZ-21099” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində ikisi azyaşlı olmaqla 5 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm