Şəmkirin icra başçısı kimdi?
Bizi izləyin

Qırmızı.az

Şəmkirin icra başçısı kimdi?

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkirə yeni icra başçısı təyin olunub.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Nazim Veyisovun yerinə təyin edilən yeni icra başçısı Alimpaşa Adil oğlu Məmmədov Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışırdı. Onun Şəmkir rayonunda hələ ötən ildən başlayaraq, geniş tikinti-quruculuq işləri apardığı və bölgənin abadlaşmasında xüsusi rolu olduğu bildirilir.

Baş vergi xidməti müşaviri olan A.Məmmədov 2010-cu ildə yubiley medalı ilə təltif olunub.

Xatırladaq ki, Vergilər naziri Fazil Məmmədov əslən Şəmkir rayonundandır və Şəmkirin quruculuq-abadlıq işlərinə məsuliyyət daşıyan məmur sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm