Gələn ilin büdcəsində hərbi xərclərə xüsusi diqqət göstəriləcək
Bizi izləyin

Qırmızı.az

Gələn ilin büdcəsində hərbi xərclərə xüsusi diqqət göstəriləcək

Gələn ilin büdcəsində hərbi xərclərə xüsusi diqqət göstəriləcək. Publika.az xəbər verir ki, bu barədəd Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasında yekun nitqində deyib.

"Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik", - İlham Əliyev vurğulayıb.

Prezident bildirib ki, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirildi. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərildi. Həm Azərbaycan öz hərbi məhsullarını təqdim etdi, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm