Dəhşətli qəza: Yanğın - 2 ölü, 7 yaralı - Yeniləndi
Bizi izləyin

Qırmızı.az

Dəhşətli qəza: Yanğın - 2 ölü, 7 yaralı - Yeniləndi

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yol qəzası ilə bağlı xəstəxanaya 7 yaralı yerləşdirilib. Xəsarət alanlar bunlardır:

Şəmsiyeva Dilavər Məhəmməd qızı (1968-ci il təvəllüdlü);
Osmanov Vasif Əli oğlu (1985)
Alıyeva Gülşən Dursun qızı (1963)
Süleymanova Həmayıl Cahangir qızı (1968)
Hacıyeva Nabat Qurban qızı (1955)
Ayvazova Hürü Mustafa qızı (1953)
Mamedov Bəhruz İlham oğlu (1993).


Xəstəxanadan bildirilib ki, yaralılar əsasən yanıq xəsarətləri və müxtəlif travmalarla daxil olublar.

*****

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlayıb. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:40-da başa çatıb.

Gülxar

***

Bakı-Qazax yolunda dəhşət li qəza baş verib.

Axar.az xəbər verir ki, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə “Mersedes” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində sərnişin avtobusu yanıb. Yük avtomobili yanğından mühafizə olunub.

Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Kəpəz TV xəbər verir ki, qəza əticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb.

İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm