8 rayonda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

8 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Kürdəmir, saat 12:00-dan 14:00-dək Abşeron və Samux, saat 14:00-dan 16:00-dək Şəmkir, Sabunçu və İsmayıllı, saat 16:00-dan 18:00-dək Quba, işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm